Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ ordusu Hörmüz boğazı yaxınlığında İranın raket buraxılış məntəqələrinə və qayıqlarına qarşı özünümüdafiə zərbələri endirib.
“Cebhenfo.az” xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bunu açıqlayaraq, əməliyyatın davam edən atəşkəs və müharibəyə son qoymaq üçün davam edən danışıqlar fonunda keçirildiyini vurğulayıb.
CENTCOM-un sözçüsü Timoti Hokins CNN-ə Hörmüz boğazı yaxınlığında baş verən partlayışlar barədə məlumatları şərh edib: "Bu gün ABŞ qüvvələri hərbçilərimizi İran qüvvələrinin yaratdığı təhdidlərdən qorumaq üçün İranın cənubunda özünümüdafiə zərbələri endirib.
Vurulan hədəflər arasında raket buraxılış məntəqələri və dəniz minaları yerləşdirməyə cəhd edən İran qayıqları var idi. ABŞ Mərkəzi Komandanlığı mövcud atəşkəs müqaviləsi çərçivəsində təmkin nümayiş etdirərkən qüvvələrini qorumağa davam edir".
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin