ABŞ İran qarşıdurması ticarəti vurdu: Gəmilər Hörmüzdə ilişib qaldı

13.09.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ və İran arasında artan gərginlik Hörmüz boğazında gəmiçilik fəaliyyətinə ciddi təsir göstərib.

Turkustan.az xəbər verir ki, bir sıra yük gəmiləri İranın Qeşm və Larak adaları arasında lövbər salaraq gözləyir.

İyulun 7-də başlayan qarşılıqlı hücumlar fonunda Hörmüz boğazından keçən ticarət gəmilərinin sayı altıya qədər azalıb. Bir çox gəmi isə hücum təhlükəsi səbəbindən hərəkətini dayandıraraq gözləməyə məcbur olub.

Məlumata görə, Qeşm adası ilə ABŞ-ın hücumlarının hədəfində olan Larak adası arasında çoxsaylı ticarət gəmisi lövbər salıb.

Gəmilər ABŞ və İran tərəfindən mümkün hücum təhlükəsi səbəbindən boğazdan keçə bilmir. Bəzi gəmilərin isə İran sahillərindən ərzaq və digər zəruri təchizat aldığı bildirilir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью