ABŞ İran qarşıdurmasında yeni tarix: 2029 cu ilədək… KONKRET

22.11.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ ilə İran arasında davam edən münaqişə 2027-ci ildə də bitməyə bilər və 2029-cu ilədək uzana bilər.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper “NewsNation” telekanalına müsahibəsində bildirib.

“Bu münaqişə, şübhəsiz ki, 2027-ci ilə qədər davam edəcək. Əsas sual onun 2028-ci və hətta 2029-cu ilə qədər uzanıb-uzanmayacağıdır. Hər şey strategiyadan asılıdır”, – Esper deyib.

Keçmiş nazir ABŞ Prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi iqtisadi blokadanı dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, Tehranın danışıqlar masasına qayıtmasına nail olmaq üçün uzunmüddətli, səbirli və beynəlxalq dəstəklə həyata keçirilən strategiya tələb olunur.

Esper İranda yüksək inflyasiyanı və milli valyutanın dəyərdən düşməsini iqtisadi təzyiqin nəticələri kimi qiymətləndirib. O, strategiyanın nəticə verməsinin vaxt aparacağını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью