ABŞ İran razılaşmasında bu məsələ müzakirə edilmir Şərif

23.06.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Tehranın raket proqramının azaldılması məsələsi ABŞ və İran arasında anlaşma memorandumunda qeyd edilməyib və müzakirə olunmayıb.

Axar.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif deyib.

“Tam əminliklə deyə bilərəm ki, ABŞ-İran anlaşma memorandumunda ballistik raketlərdən bəhs edilmir. Bu məsələ heç vaxt müzakirə olunmayıb, heç vaxt gündəmdə olmayıb və İran tərəfi bunu müzakirə etmək istəməyib”, - deyə Şərif İslamabadda İran Prezidenti Məsud Pezeşkianla danışıqlardan sonra bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью