Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ İranın yüksək vəzifəli hökumət rəsmilərinə və diplomatlarına Nyu-Yorkda keçiriləcək 81-ci BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verib.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamenti İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi də daxil olmaqla, yüksək səviyyəli rəsmilərə viza verildiyini açıqlayıb.
Bildirilib ki, İran rəsmiləri gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının yüksək səviyyəli iclasında iştirak edəcəklər.
Aytən Yaşar/ Turkustan.az