Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“The Wall Street Journal” (WSJ) qəzeti ABŞ-ın İrandan qaynaqlanan təhlükə ilə əlaqədar Böyük Britaniyadakı hərbi hava bazasında yerləşən təyyarələrini Almaniyaya və digər ölkələrə köçürdüyünü iddia edib.
Turkustan.az xəbər verir ki, WSJ məsələ ilə tanış mənbələrə istinadən ABŞ-ın Böyük Britaniyadakı Kral Hərbi Hava Qüvvələrinə məxsus bazada yerləşən tanker təyyarələrinin yerini dəyişdirdiyini yazıb.
Məlumata görə, ABŞ təyyarələri Almaniyaya və Vaşinqtonun hərbi bazalarının yerləşdiyi digər ölkələrə təxliyə edilib.
Mənbələr təhlükənin qəfil yaranması, yoxsa daha geniş təhlükəsizlik vəziyyəti ilə bağlı olması barədə ətraflı məlumat verməyiblər.
ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü WSJ-yə açıqlamasında hadisə ilə bağlı təfərrüatları bölüşməkdən imtina edib. Bununla belə, o, ABŞ təyyarələrinin müxtəlif səbəblərdən vaxtaşırı bir bazadan digərinə köçürüldüyünü bildirib.
Aytən Yaşar/Turkustan.az