“ABŞ İran üzərindəki dəniz blokadasını tamamilə ləğv edib” Qalibaf

01.07.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“ABŞ İran üzərindəki dəniz blokadasını tamamilə ləğv edib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran parlamentinin spikeri və ABŞ ilə dialoqda İran danışıqlar qrupunun rəhbəri Məhəmməd-Baqir Qalibaf deyib.

Spikerin sözlərinə görə, hazırda İranın ticarət gəmiləri və tankerləri üçün gəmiçilik tam sərbəstdir, onların Oman körfəzini keçməsi zamanı heç bir maneə yaranmır.

Xatırladaq ki, bundan əvvəl ABŞ və İranın iyulun 1-də Qətərdə Hörmüz boğazı ilə bağlı dolayı danışıqlar aparmağı planlaşdırdığı barədə xəbərlər yayılmışdı. ABŞ Prezidenti isə öz bəyanatında İranın görüş xahiş etdiyini və həmin görüşün iyunun 30-da Dohada baş tutmalı olduğunu bildirmişdi.

Qeyd edək ki, iyunun 18-də ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını təsbit edən və danışıqların yeni mərhələsinə start verən 60 günlük müvəqqəti anlaşma memorandumu imzalamışdılar. Lakin bu sənədin imzalanmasından cəmi bir neçə gün sonra Ağ Ev rəhbəri İranı Hörmüz boğazında atəşkəs rejimini pozmaqda ittiham etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью