ABŞ İran üzərinə PUA qaldırdı: Hücum başlayır?

28.01.2026

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın “Northrop Grumman” şirkətinə məxsus “MQ-4C” Triton kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) İran sərhədlərinə yaxın ərazilərdə, Fars və Oman körfəzlərinin akvatoriyası üzərində uçuşlar həyata keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyinə aviadispetçer dairələrindəki mənbə məlumat verib.

Bildirilib ki, uzaqmənzilli kəşfiyyat məqsədli “MQ-4C” Triton beynəlxalq hava məkanında, İranın hava sərhədinə yaxın neytral sular üzərində 14 kilometrdən artıq hündürlükdə fəaliyyət göstərir.

Mənbənin sözlərinə görə, dispetçer xidmətləri artıq bir neçə gündür pilotsuz aparatın uçuşlarını qeydə alır. Onun marşrutu dəyişməz qalır və əsasən İran sərhədlərinə yaxın akvatoriya boyunca keçir.

Qeyd olunub ki, “MQ-4C” Triton real vaxt rejimində kəşfiyyat məlumatları ötürmək, geniş dəniz sahələrini və quru ərazilərini müşahidə etmək imkanına malikdir. Həmçinin bu PUA ABŞ Hərbi Dəniz Qüvvələrinin “Boeing P-8” Poseidon tipli sualtı qayıqlara qarşı istifadə olunan təyyarələrinin əməliyyat imkanlarını gücləndirir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью