ABŞ, İran və Livan eyni masada? Konfliktoloq DANIŞDI

01.07.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf müsahibəsində deyib ki, Livanın milli suverenliyinin həyata keçirilməsi üçün İran, ABŞ və Livan arasında birgə komissiya yaradılır.

Konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, komissiyanın yaradılmasından müsbət nəticə olacağına inanmır.

Onun sözlərinə görə, müddət azdır:

"Elə İranın öz məsələsi ilə bağlı hələ də ziddiyyətli fikirlər səsləndirilir. ABŞ Prezidenti Donald Tramp bir fikir söyləyir, amma İran bunu təkzib edərək bildirir ki, elə deyil, belədir. Bundan sonra isə Amerikadan hər hansı bir reaksiya gəlmir. Bildiyimiz kimi, İran bəyan etmişdi ki, Livan onların qırmızı xəttidir. Vasitəsiz müqavilə imzalanacaqsa, Livanla bağlı da yekun qərar verilməli və Livanın təhlükəsizliyi təmin olunmalıdır. Amma İsrail tərəfinin bununla razılaşacağı da inandırıcı görünmür. Ona görə də bu komissiyadan hansısa bir müsbət nəticə əldə olunacağına o qədər də inanmıram. Münaqişə hələ çox davam edəcək".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью