ABŞ İran və Venesuelaya sanksiyalar tətbiq edib

30.12.2025

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilib.
"Bu gün OFAC Venesuela və İranda yerləşən və İranın Venesuela ilə dron ticarətinə töhfə verən 10 fərdi və hüquqi şəxs, o cümlədən Venesuela şirkətinlərinə qarşı sanksiyalar tətbiq edir", - deyə açıqlamada qeyd olunub.
Sanksiya siyahılarına İrandan beş fiziki şəxs və üç hüquqi şəxs, Venesueladan isə bir hüquqi şəxs daxildir. Xüsusilə, məhdudlaşdırıcı tədbirlər Venesuelanın Empresa Aeronáutica Nacional şirkətinə qarşı tətbiq olunur.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью