Icma.az bildirir, Cebheinfo portalına istinadən.
ABŞ ilə İran arasında 45 günlük atəşkəs planı müzakirə olunur.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, iki mərhələli plana əsasən, əvvəlcə müvəqqəti atəşkəs əldə ediləcək, daha sonra isə daimi sülh üçün danışıqlar aparılacaq.
Görüşmələr Türkiyə, Misir və Pakistanın vasitəçiliyi ilə davam edir, lakin ABŞ-ın təqdim etdiyi təkliflərə İran hələ razılıq verməyib.
Hörmüz boğazı və nüvə proqramı kimi kritik məsələlərin son mərhələdə müzakirə olunacağı gözlənilir.
Mövcud açıq mənbələrə görə, vasitəçilər iki mərhələli çərçivə üzərində işləyir.
Birinci mərhələdə 45 günlük müvəqqəti atəşkəsin təmin olunması və bu müddət ərzində daimi həll üçün danışıqların aparılması nəzərdə tutulur.
İkinci mərhələdə isə müharibənin tam başa çatdırılmasını təmin edəcək genişmiqyaslı razılaşmanın əldə olunması planlaşdırılır.
Danışıqlarda Hörmüz boğazının tam açılması və İranın yüksək səviyyədə zənginləşdirilmiş uran proqramı kimi əsas məsələlərin yalnız yekun razılaşma mərhələsində müzakirə olunacağı bildirilir.
Danışıqların Pakistan, Misir və Türkiyənin vasitəçiliyi ilə aparıldığı qeyd olunur.Həmçinin ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında birbaşa mesajlaşma yolu ilə əlaqə qurulduğu bildirilib.
ABŞ rəsmisi bildirib ki, Tramp administrasiyası son günlərdə İrana bir neçə təklif təqdim edib, lakin Tehran rəhbərliyi hələ bu təklifləri qəbul etməyib.
Danışıqlar davam etdiyi bir vaxtda mümkün atəşkəsin müharibənin gedişinə təsir göstərə biləcəyi qeyd olunur.
İsrail və ABŞ, Tehran ilə Vaşinqton arasında danışıqlar davam edərkən 28 fevral tarixində İrana hərbi hücum başladıb.
İran isə İsraillə yanaşı ABŞ-ın hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi bəzi region ölkələrində müəyyən etdiyi hədəflərə zərbələrlə cavab verib.
ABŞ və İsrailin hücumları nəticəsində İranın ali lideri Əli Xameneyi də daxil olmaqla çox sayda yüksək vəzifəli şəxs həlak olub.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin