Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hərbi Dəniz Qüvvələri qrupunun İran sahillərinə ən azı 20 hərbi gəmisi yerləşdirilib
İran yaxınlığında əməliyyat missiyaları həyata keçirməyə davam edən ABŞ Hərbi Dəniz Qüvvələri qrupunun hazırda ən azı 20 hərbi gəmisi var. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidməti məlumat yayıb.
Məlumata görə, iki təyyarədaşıyan gəmi – “USS George Bush” və “USS George Washington” - İranın cənub-şərqində Ərəbistan dənizində hazırlıq vəziyyətindədir.
Sonuncu ABŞ-da bazaya yola düşən “USS Abraham Linkoln”u əvəz etmək üçün ötən həftə bölgəyə gəlib. Onlarda 100-dən çox qırıcı təyyarə, elektron müharibə təyyarəsi və havada erkən xəbərdarlıq təyyarələrindən ibarət birləşmiş donanma var.
Təyyarədaşıyan gəmilərlə yanaşı, Hörmüz boğazının şərqindəki Oman körfəzi də daxil olmaqla, bölgədə 1600 km mənzilli “Tomahawk” raketləri daşıyan bir kreyser və 12 esmines yerləşdirilib. Qırmızı dənizdə və Hind okeanında daha iki idarə olunan raket esminesi var.
Oman körfəzində həmçinin üç böyük amfibiya gəmisindən ibarət amfibiya hücum qrupu var. Bu gəmilərdə 11-ci Dəniz Ekspedisiya Bölməsi (MEU), təxminən 2200 şəxsi heyət, eləcə də iki eskadrilya F-35 şaquli qalxma və eniş qırıcıları, tiltrotor təyyarələri, hücum və nəqliyyat vertolyotları və eniş gəmiləri var.
Bundan əlavə, İran yaxınlığında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı qrupuna ekspedisiya dəniz bazası olan “USS Miguel Keith” daxildir.
Döyüş patrullarına əlavə olaraq, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İran limanlarının dəniz blokadasının tətbiqində iştirak edir.