Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu kəskin şəkildə artırır.
"AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “WC-135R Constant Phoenix” xüsusi təyinatlı təyyarə regiona göndərilib.
Qeyd olunur ki, “WC-135R Constant Phoenix” ABŞ ordusunun ən unikal və strateji əhəmiyyətli təyyarələrindən biridir. Təyyarənin əsas vəzifəsi real vaxt rejimində nüvə partlayışlarının əlamətlərini və radioaktiv sızmaları aşkar etməkdir. Bu tip aviasiya vasitələrinin bölgəyə göndərilməsi adətən yüksək risk və ciddi təhlükə ehtimalı ilə əlaqələndirilir.
“Reuters” agentliyiABŞ-ın İran sahilləri yaxınlığında hərbi iştirakını daha da artırdığını bildirir. Agentliyin ABŞ hökumətindəki mənbəyə istinadən yaydığı xəbərə görə, son 48 saat ərzində bölgəyə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı esminesi – USS Delbert D. Black daxil olub.
Məlumatda qeyd olunur ki, Vaşinqton rejim dəyişikliyi məqsədilə İranın hökumət binalarına zərbələr endirməyi planlaşdıra bilər.
Hazırda Yaxın Şərqdə təxminən 50 min amerikalı hərbçi yerləşdirilib. Bu rəqəm 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələrdən əvvəlki dövrlə müqayisədə təxminən iki dəfə çoxdur.