ABŞ İrana atom bombası atarsa... VİDEO

03.11.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran televiziyası ABŞ-nin mümkün atom hücumuna qarşı əhaliyə xəbərdarlıq edib.

"Yeni Sabah" xəbər verir ki, dövlət telekanalı nüvə zərbəsi ehtimalına qarşı vətəndaşlara təlimatlar verib:

"Partlayışın yaratdığı güclü işığa baxmayın. Əgər açıq havadasınızsa və dərhal bir binaya daxil ola bilmirsinizsə, bir maneənin arxasında gizlənin, yerə uzanın, başınızı və üzünüzü örtün. Partlayış dalğası keçdikdən sonra ən yaxın binaya daxil olun; hadisəni izləmək və ya şəkil çəkmək üçün çöldə qalmayın, həmçinin avtomobilin içində sığınacaq axtarmayın. Binanın içərisində zirzəmiyə və ya pəncərələrdən, eləcə də xarici divarlardan uzaq olan mərkəzi hissəyə keçin", - təlimat bəndlərində bildirilib. Dominos pizza

Xatırladaq ki, İrana atom hücumu barədə iddianı jurnalist Taker Karlson səsləndirib. Zərbənin ölkənin mərkəzindəki Kuləng dağına endiriləcəyi güman edilir. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью