ABŞ: “İrana bir dollar da getməyəcək”

15.06.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“İran potensial müqavilə üzrə öhdəliklərini yerinə yetirənə qədər heç bir maliyyələşdirmə almayacaq”.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyns Vens CBS-də bildirib.

O deyib ki, bu, birbaşa ödənişləri deyil, Vaşinqtonun təzyiq və təşviq vasitəsi kimi gördüyü potensial sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.
Vens vurğulayıb:

"Biz onlara Amerika pulunun bir qəpiyini belə verməyəcəyik, İrana bir dollar da getməyəcək".

O əlavə edib ki, sanksiya rejimində hər hansı bir dəyişiklik yalnız Tehranın nüvə proqramından imtina etməsi və bölgədəki silahlı qruplara dəstəyi dayandırması da daxil olmaqla uzunmüddətli şərtləri yerinə yetirməsi halında mümkündür.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью