ABŞ İrana çağırış etdi: “Gənc güləşçinin edamını dayandırın”

29.01.2026

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün ABŞ Dövlət Departamenti 19 yaşlı iranlı güləş çempionu Saleh Məhəmmədinin edam edilmə təhlükəsi ilə üzləşməsi barədə ciddi narahatlıq ifadə edib.

KONKRET.az xəbər Azad İran teleqram kanalına istinadən xəbər verir ki, Departamentin farsdilli “X” hesabındakı paylaşımda bununla bağlı yayılan məlumatların ABŞ tərəfindən diqqətlə izlənildiyi bildirilib.

Paylaşımda vurğulanıb ki, İran İslam Respublikası gəncləri repressiyaya məruz qoyur və bu siyasət ölkənin gələcəyini təhlükə altına alır.

ABŞ tərəfi İran hakimiyyətini Saleh Məhəmmədinin, eləcə də əsas hüquqlarından istifadə etdiklərinə görə ölüm hökmünə məhkum edilmiş bütün şəxslərin edamını dərhal dayandırmağa çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью