ABŞ İrana doğru daha bir aviadaşıyıcı göndərir

06.11.2026

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən “USS Theodore Roosevelt” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu noyabrın ortalarından tez olmayaraq Yaxın Şərqdə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına çatacaq.

Bu barədə “Axios” portalının jurnalisti Barak Ravid məlumatlı mənbəyə istinadən xəbər verib.

Məlumata görə, aviadaşıyıcının cümə axşamı Sinqapura səfər etməsi və orada bir neçə gün qalması planlaşdırılır.

“Al Jazeera” telekanalının peyk görüntülərinə istinadən yaydığı məlumata əsasən, hazırda dörd gəmidən ibarət zərbə qrupu Cənubi Çin dənizində yerləşir.

ABŞ Hərbi Dəniz İnstitutunun məlumat xidmətinin bildirdiyinə görə, zərbə qrupuna aviadaşıyıcıdan başqa, “USS Chosin” raket kreyseri, “USS Paul Hamilton” və “USS Decatur” esminesləri, həmçinin radioelektron kəşfiyyat, suüstü və sualtı vəziyyətin müşahidəsi, erkən xəbərdarlıq tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulan “Seahawk” orta ölçülü pilotsuz dəniz aparatı daxildir.

İnstitutun məlumatına görə, hazırda İranın cənub-şərqində, Ərəbistan dənizi akvatoriyasında “USS George Washington” və “USS George Bush” aviadaşıyıcılarının rəhbərlik etdiyi iki ABŞ zərbə qrupu döyüş növbətçiliyindədir. Hər iki aviadaşıyıcının göyərtəsində 48 qırıcı təyyarə yerləşdirilib.

İran yaxınlığında aviadaşıyıcılarla yanaşı, bir kreyser və 11 raket esminesi, həmçinin “USS Miguel Keith” ekspedisiya dəniz bazası da yerləşdirilib.

Bundan başqa, ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesi Qırmızı dənizdə, daha ikisi isə Aralıq dənizinin şərq hissəsindədir.

Bu arada, “USS Boxer” universal desant gəmisi, “USS Portland” desant-helikopter gəmisi və “USS Comstock” desant-nəqliyyat gəmisindən ibarət amfibiya-desant qrupu CENTCOM-un məsuliyyət zonasını tərk edib. Gəmilərdə ABŞ Dəniz Piyadaları Korpusunun 11-ci ekspedisiya batalyonu yerləşirdi.

Gəmi qrupu artıq Hind okeanında, Şri-Lanka adasının şərqindədir.

Onları Yaxın Şərqdə “USS Makin Island” universal desant gəmisinin rəhbərlik etdiyi yeni amfibiya-desant qrupu əvəz etməlidir.

AzPost.az

Post navigation

Previous: Fələstin səfirliyi bəyanat yaydı – Dəstəyə görə Azərbaycana təşəkkür etdi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью