Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vaşinqton İranı yaxından izləyir və hərbi gəmilər daxil olmaqla, bölgəyə əhəmiyyətli qüvvələr göndərir.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
“Bu istiqamətdə çoxlu sayda gəmi hərəkət edir, böyük bir donanma irəliləyir. Görək nə baş verəcək. İrana doğru əhəmiyyətli qüvvələr göndərilir”, – Tramp deyib.
Prezident həmçinin Tehranın addımlarını diqqətlə izlədiyini vurğulayıb. Tramp iddia edib ki, məhz onun Tehrana zərbə endirmək barədə xəbərdarlığından sonra İran rejimi geri çəkilərək etirazçıların planlaşdırılan edam hökmünü ləğv etmək məcburiyyətində qalıb.