ABŞ İrana hücum etməkdən niyə çəkinir? Axios

19.11.2026

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ İranın cavab zərbəsindən və münaqişənin daha da genişlənməsindən ehtiyat etdiyi üçün Tehrana qarşı hərbi hücumları bərpa etməyə tələsmir.

Bu barədə “Axios” portalı mənbələrinə istinadən məlumat yayıb.

“Biz bir-birimizi genişmiqyaslı eskalasiyanın astanasına doğru itələyirik”, – deyə portal ABŞ rəsmisinin sözlərini sitat gətirib. Amerikalı rəsminin sözlərinə görə, Vaşinqton Tehrana qarşı iqtisadi təzyiq siyasətini kifayət qədər effektiv hesab edir. Buna görə də ABŞ hələlik genişmiqyaslı hərbi əməliyyatlardan çəkinir.

“Axios”un məlumatına görə, İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbərinin Vaşinqtona səfəri zamanı ABŞ tərəfinə İranın kimyəvi silahların tədqiqi və hazırlanması istiqamətində fəaliyyətini sürətləndirməsi barədə məlumat verildiyi ehtimal olunur.

Lakin amerikalı rəsmilər İsrailin təqdim etdiyi məlumatlara şübhə ilə yanaşıblar. Onlar hesab ediblər ki, Tehranın kimyəvi silahlarla bağlı kəşfiyyat məlumatları Vaşinqtona “öz ideyalarını irəli sürmək məqsədilə” təqdim edilib.

Noyabrın 16-da CNN telekanalı mənbələrinə istinadən ABŞ kəşfiyyatının İranın Vaşinqtonda “çirkli bomba” partlatmaq üçün mümkün planlar hazırladığı barədə məlumat əldə etdiyini bildirmişdi. İddialara görə, hücumun hədəfi ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri ola bilərdi.

Lakin daha sonra ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Markueyn Mallin belə bir hücumun mümkünlüyü ilə bağlı iddiaları təkzib edib.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: FIFA prezidentliyinə 3 namizəd açıqlandı – İnfantinonun rəqibləri kimlərdir?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью