ABŞ İrana hücum etməyəcək, planı budur...

26.08.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

ABŞ yaxın gələcəkdə İrana qarşı yeni zərbələr endirməyi planlaşdırmır və Tehrana təzyiq göstərmək üçün digər üsullara, o cümlədən sanksiyalara diqqət yetirəcək.

Axar.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, ABŞ dövlət katibi Marko Rubio bu barədə bir neçə ölkənin xarici işlər nazirlərini məlumatlandırıb. Ancaq Rubio İranın hücum edəcəyi halda ABŞ-ın zərbələr endirməsi ehtimalını da istisna etməyib.

Məlumata görə, ABŞ Tehrana dəniz blokadası və sanksiya vasitəsilə iqtisadi təzyiqi artırmağı, eləcə də Hörmüz boğazından daha çox neftin daşınmasını təmin etməyi planlaşdırır.

“Axios” mənbələrindən biri qeyd edib ki, ABŞ administrasiyası bu yanaşmanı azı noyabrın 3-də keçiriləcək aralıq seçkilərinə qədər davam etdirmək niyyətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью