ABŞ İrana hücumları dayandırdığını açıqladı

17.07.2026

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı altı gün davam edən hücumların başa çatdığını açıqlayıb.

“Bakupost” xəbər verir ki, CENTCOM-un bəyanatına əsasən, hücumlar zamanı İranın sahil müşahidə və hava hücumundan müdafiə mövqeləri, hərbi logistika infrastrukturu və dəniz qüvvələrinə aid obyektlər hədəfə alınıb.

İran mediasının məlumatına görə, son hücumlar zamanı İranşəhr hava limanı, Həmidiyyə şəhəri və Bəndər-Abbasda bir körpü vurulub.

Vüsalə Hüseynova,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью