Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mənbələr ABŞ-ın qərarını İrana qarşı böyük bir zərbə hazırlıqları fonunda açıqlayıblar.
ABŞ İraq, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə yaxın gələcəkdə İrana qarşı mümkün hərbi əməliyyatın başlaya biləcəyi barədə məlumat verib.
Lent.az bidirir ki, bu barədə ərəb mənbələrinə istinadən Telegram kanalı Intelli News məlumat yayıb.
Bu fonda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd C-17 nəqliyyat təyyarəsi Yaxın Şərqə yerləşdirilir: biri İordaniyanın Muaffaq Salti hava bazasına, digər üçü isə Qətərin Əl-Udeyd hava bazasına.
Daha əvvəl bildirildiyi kimi, ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu gücləndirməyə davam edir və mənbələrə görə, yaxın günlərdə əlavə qüvvələrin tam şəkildə yerləşdirilməsi gözlənilir. İsrail hesab edir ki, hazırkı eskalasiyanı nəzərə alsaq, ən çox ehtimal olunan ssenari diplomatik danışıqlar deyil, ABŞ-ın İrana hücumudur.
Müdafiə Nazirliyi həmçinin Tehranın səhv etməsi, ABŞ-ın və regional qüvvələrin hərəkətlərinin səhv qiymətləndirilməsi ehtimalını da nəzərə alır.