ABŞ İrana kütləvi zərbələr endirib

30.07.2026

Icma.az bildirir, Ayna portalına istinadən.

SEPAH-ın raket bazaları vurulub

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) obyektlərinə qarşı genişmiqyaslı zərbələr seriyasının başa çatdığını açıqlayıb.

AYNA.AZ-ın xarici mediaya istinadən verdiyi məlumata görə, əməliyyat bölgədə yerləşən ABŞ hərbçilərinə ballistik raketlərlə edilən son hücumlara cavab olaraq həyata keçirilib.

ABŞ hərbi dairələrinin bildirdiyinə görə, kütləvi zərbələr zamanı onlarla strateji əhəmiyyətli hədəf vurulub. Hədəflər arasında komanda məntəqələri, pilotsuz uçuş aparatları və raketlərin saxlanılması və buraxılması üçün istifadə olunan infrastruktur, həmçinin əsas kəşfiyyat və hərbi obyektlər yer alıb.

Pentaqondan bildirilib ki, əməliyyatın əsas məqsədi İran və onun dəstəklədiyi qüvvələrdən ABŞ hərbi kontingenti, mülki gəmiçilik və Fars körfəzi ölkələrinə yönələn təhlükələri azaltmaq olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью