ABŞ İrana növbəti zərbə endirdi: 7 hərbçi öldü Tehrandan SƏRT BƏYANAT

15.07.2026

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

ABŞ-ın İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətindəki Bambur (Bampur) Qarnizonuna endirdiyi raket zərbələri nəticəsində 7 İran hərbçisi həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Ordunun bəyanatına görə, kazarmanın yaşayış və təhlükəsizlik obyektlərinə ümumilikdə 13 ABŞ raketi düşüb. Hücum nəticəsində 388-ci briqadanın 7 hərbçisi həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

İran ordusu bu hücumuma qəti cavab veriləcəyini bəyan edib.

Aytac,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью