ABŞ İrana ordu yeridərsə... (ŞƏRH) | Icma.az
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Tramp ABŞ ordusunu hansısa bir regional savaşa salmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov ABŞ prezidenti Donald Trampın İranın nüvə silahına malik olmasının dünyanı fəlakətə sürükləyəcəyi bəyanatını şərh edərkən deyib: "ABŞ-ın yeni prezidenti Donald Trampın məsələlərə yanaşmasında ən önəmli məqam Yaxın Şərq regionu, xüsusən də İran məsələsi olacaq.
Suriyada Əsəd rejiminin çökməsindən sonra yeni konfiqurasiya yaranıb.
Həmin konfiqurasiya da İranın bölgədəki təsir gücünün daha da azaldılması istiqamətində davam edəcək.
Bu da ya kəskin aqressiv formada olacaq, ya da müxtəlif iqtisadi, siyasi təzyiqlərin gücləndirilməsi ilə baş verəcək”.
Həmsöhbətimizin fikrincə, Trampın xarici siyasətində ifadə etdiyi bu məqamlar onu deməyə əsas verir ki, Amerika öz əsgərlərini itirmək niyyətində deyil: "Yaxın Şərq və digər bölgələrdə müttəfiq və tərəfdaşları vasitəsilə hərəkət etmək istəyir.
Tramp Yaxın Şərqdə özünə yaxın tərəfdaş olaraq Türkiyənin adını çəkmişdi. Amma Ankara da tam olaraq Vaşinqtonun maraqlarına oynamaq istəmir.
İrana hansısa bir hərbi təzyiq olarsa, ola bilsin bu ki, daxildəki müəyyən qüvvələrin, xüsusən də kürdlərin fəallaşdırılması şəklində olsun.
Tam oxu
Xəbəri oxu