Icma.az, Sitat.info saytına istinadən bildirir.
“The Washington Post” qəzeti xəbər verir ki, son bir ay ərzində ABŞ Yaxın Şərq və İran ətrafına onlarla hərbi təyyarə və təxminən on iki hərbi gəmi yerləşdirib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, bu yerləşdirmə çərçivəsində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) əməliyyat zonasına daxil olan “Tomahawk” raketləri ilə təchiz edilmiş üç esmines, habelə, “Abraham Linkoln” təyyarədaşıyan gəmisi də bölgəyə yönəldilib.
Qəzet yazır ki, bu birləşmə ötən ilin oxşar hərbi yığılmasından daha kiçik olsa da, hazırda Donald Trampa İrana qarşı “etibarlı hərbi təhdid” imkanı verir.
Pentaqonun keçmiş rəsmisi Dana Stroll qeyd edib ki, əgər prezident əmr verərsə, bu dəfə əməliyyat planı konkret bir hədəfə deyil, daha geniş “hücum variantları”na malik ola bilər.
Aytac,
Sitat.info