ABŞ İrana qarşı olan qətnaməyə səs vermədi

19.11.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Üçüncü Komitəsi 18 noyabr 2026-cı il tarixində “İran İslam Respublikasında insan hüquqlarının vəziyyəti” adlı qətnaməni 76 lehinə, 27 əleyhinə və 64 bitərəf səslə qəbul edib.

Axar.az xəbər verir ki, bu haqda beynəlxalq qurum məlumat yayıb.

Kanada tərəfindən təqdim olunan və 46 ölkənin həmmüəlliflik etdiyi sənəddə İranda insan haqlarının, o cümlədən qadınların, etnik və dini azlıqların hüquqlarının pozulması, edamların tətbiqi və silahlı münaqişənin humanitar nəticələri ilə bağlı narahatlıq ifadə olunub.

Sənədi Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İspaniya, İsveç, Ukrayna və digər ölkələr dəstəkləyib.

İranla yanaşı Rusiya, Çin, Kuba, Şimali Koreya, Hindistan, İndoneziya, İraq, Pakistan və Vyetnam qətnamənin əleyhinə səs verib.

ABŞ, İsrail, Misir, Livan və İordaniya səsvermədə bitərəf mövqe tutub.

ABŞ nümayəndəsi sənədin məzmununun Tehranın hərəkətlərinə görə məsuliyyət daşıması baxımından kifayət qədər irəli getmədiyini əsas gətirərək bitərəf qaldığını açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью