ABŞ İrana qarşı sanksiyaları sərtləşdirib

31.07.2025

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir. ABŞ-ın maliyyə naziri Skott Bessentin sözlərinə görə, bu, 2018-ci ildən bəri Tehrana qarşı ən böyük yeni sərt sanksiyalardır.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, cəza tədbirləri 50-dən çox fiziki və hüquqi şəxsə qarşı yönəlib və neft sövdələşmələrində iştirak edən 50-dən çox gəmiyə sanksiya tətbiq edilib. Bessent bildirib ki, aksiya Tehrandakı “rejim elitalarına” qarşı yönəlib.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью