Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vaşinqton Tehrandan nüvə proqramından imtina, raket qüvvələrini azaltmaq və proksi qüvvələrə dəstəyi dayandırmasını tələb edir
ABŞ İrandan nüvə proqramından imtina etməsini tələb edib. AYNA.AZ xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Bildirilib ki, ABŞ rəsmiləri İrana qarşı üç əsas tələb irəli sürüblər.
Nəşrin məlumatına görə, Vaşinqton İrandan nüvə proqramından imtina etməsini, raket qüvvələrini azaltmasını və proksi qüvvələrə dəstəyi dayandırmasını tələb edir.
Pərdəarxası danışıqlarda Amerika rəsmiləri Tehrandan bütün uran zənginləşdirməsini tamamilə dayandırmasını, İran ballistik raketlərinin mənzilini və sayını məhdudlaşdırmasını və Fələstində HƏMAS, Livanda “Hizbullah”, Yəməndəki “husiləri” və İraq şiə milisləri də daxil olmaqla Yaxın Şərqdəki proksi qüvvələrinə dəstəyi dayandırmasını tələb edirlər.