ABŞ İrana zərbə endirdi, neftin qiyməti artdı

03.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 3 noyabr, AZƏRTAC

Bu gün ABŞ hərbi təyyarələrinin İranın Kiş adasına raket zərbələri endirməsindən sonra dünya bazarında neftin qiyməti artıb.

AZƏRTAC xəbər verir ki, Kiş adasındakı neft terminalları və enerji infrastrukturu atəşə tutulub. Bunun nəticəsində London birjasında “Brent” markalı neftin qiyməti 2 faiz artaraq 106 dollara, Nyu-York birjasında isə “Light” markalı neftin qiyməti 1,6 faiz artaraq 98 dollara çatıb.

Qiymət artımı Yaxın Şərqdə gərginliyin yenidən yüksəlməsi və Hörmüz boğazından tankerlərin keçidinin təhlükə altına düşməsi ilə əlaqədardır.

Bazarın reaksiyası göstərir ki, nisbi sakitlik dövründə gün ərzində boğazdan bir neçə tanker keçə bilirdi. Lakin hərbi əməliyyatların intensivləşməsi təkcə boğazı deyil, bütövlükdə Körfəz regionunu təhlükəli vəziyyətə salır və neft təchizatının tamamilə dayanması riskini artırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью