ABŞ İrana zərbə endirəcək? İsrailə 43 yanacaqdolduran təyyarə göndərdi

02.11.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Hərbi Hava Qüvvələri İsraildəki aviabazalarda 43 yanacaqdolduran təyyarə yerləşdirib. Bu təyyarələr İrana mümkün zərbələr zamanı strateji və taktiki aviasiyanın əməliyyatlarını təmin etmək üçün istifadə oluna bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniyanın Military Air Tracking Alliance (MATA) aviasiya resursunun məlumatlarında bildirilir.
 

Peyk görüntülərinə əsasən, Negev səhrasındakı Ramon aviabazasında 25, İsrailin cənubundakı Ovda aviabazasında isə 4 ABŞ yanacaqdolduran təyyarəsi yerləşdirilib. Daha 18 təyyarənin Təl-Əvivdəki Ben-Qurion hava limanında olduğu bildirilir.


“The Times of Israel” ötən həftə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 10-dan çox hərbi-nəqliyyat təyyarəsinin İsrail aviabazalarına endiyini yazıb.
Nəşrin məlumatına görə, ABŞ-ın İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Küveytdəki bazalarına da bir sıra yük reysləri həyata keçirilib. Yüklərin məzmunu açıqlanmasa da, onların İranla mümkün yeni qarşıdurma ərəfəsində regionda hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı olduğu ehtimal edilir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью