“ABŞ İrana zərbə endirəcək” Tramp bundan bixəbərdir

24.10.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

ABŞ hətta bu həftəsonu İrana qarşı zərbə endirə bilər.

"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak insayder Mario Navfala bildirib.

Yeri gəlmişkən, Prezident Donald Tramp bəyan edib ki, səfirin dilə gətirdiyi bu ehtimaldan xəbərsizdir: pizza

"Bu, mənim səfirim idi?" – deyə Tramp soruşub.

O əlavə edib: "Görünür, o, kifayət qədər nüfuzlu adamdır. Hər nə isə, əgər belədirsə, mənim bundan xəbərim yoxdur".

Barrak Tramp administrasiyasının İrana yanaşmasını izah edərək bildirib ki, məqsəd rejim dəyişikliyi deyil, regional və beynəlxalq təhlükəsizlik təhdidlərini azaltmağa yönəlmiş daha genişmiqyaslı səydir:

"Rejim dəyişikliyi olmayacaq. Prezident vəziyyəti elə tarazlamaq istəyir ki, girovlar və təhdidlər olmasın, dünya isə sakitləşsin".

O əlavə edib ki, Tramp Tehranla razılaşma əldə etməyə açıqdır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью