ABŞ İrana zərbə üçün hərbi qüvvələrini cəmləşdirib

28.07.2026

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

ABŞ Hərbi Dəniz Qüvvələri Ərəb dənizində İrana qarşı mümkün genişmiqyaslı əməliyyatlar üçün 17 döyüş gəmisindən ibarət hərbi qruplaşma yerləşdirib.

Bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidməti məlumat yayıb.

Məlumata görə, bölgədə USS Abraham LincolnUSS George H. W. Bush atom aviadaşıyıcıları yerləşdirilib. Hər iki gəmidə ümumilikdə 100-dən çox döyüş təyyarəsi var.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sərəncamında, həmçinin 1 raket kreyseri11 esmines mövcuddur. Bu gəmilər 1 600 kilometrədək məsafəni vura bilən “Tomahawk” qanadlı raketləri ilə silahlanıb.

Qruplaşmaya əlavə olaraq, dəniz piyadalarının ekspedisiya batalyonunu, şaquli eniş-qalxma imkanına malik qırıcıları, döyüş və nəqliyyat helikopterlərini daşıyan 3 böyük desant gəmisi də daxildir. Bölgədə qanadlı raketlərlə təchiz edilmiş bir neçə zərbə tipli sualtı qayıq da növbətçilik edir.

Bununla yanaşı, CENTCOM-un Hind okeanında daha 3 raket esminesi, Qırmızı dənizdə isə 1 esminesi yerləşir.

Mərkəzi Komandanlığın məlumatına görə, ötən cümə gününədək bu hərbi qruplaşmanın gəmiləri və göyərtə aviasiyası iki həftə ərzində hər gün İrana zərbələr endirib.

ABŞ Prezidenti Donald Tramp isə Axios portalına müsahibəsində bildirib ki, Tehranla aparılan danışıqlar nəticəsiz qalacağı təqdirdə, ABŞ yenidən İrana qarşı güclü hərbi əməliyyatlara başlayacaq.

“İranla çox ətraflı danışıqlar aparırıq. Əgər bu danışıqlar nəticə verməsə, çox güclü hərbi əməliyyatlara qayıdacağıq”, – deyə Tramp bildirib.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью