ABŞ İrana zərbələr endirib

10.06.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ İranın bir sıra ərazilərinə hava zərbələri endirib.

"Ölkə.az" xəbər verir ki, İranın cənubundakı Bəndər Abbas, Sirik və Qeşm adası ətrafında ardıcıl partlayış səsləri eşidilir. İranın ABŞ-nin "Apache" helikopterini vurmasından sonra Vaşinqton administrasiyası cavab hücumuna başlayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Iranı Hörmüz boğazı ərazisində Amerika helikopterinə endirilən zərbəyə cavab verəcəyi ilə hədələyib. O, qeyd edib ki, ABŞ-nin Hörmüz boğazı ərazisində patrul xidməti aparan yüksək texnologiyalı "Apache" helikopterlərindən biri vurulub. "Göyərtədə iki pilot olub, hər ikisi təhlükəsizlikdədir və xəsarət almayıb. Bununla belə, ABŞ, zəruri olaraq, bu hücuma reaksiya verməlidir", - Tramp sosial şəbəkə hesabında yazıb.

Trampın "Hücuma cavab verəcəyik" açıqlamasından dərhal sonra Amerika Ordusu İranın strateji liman şəhərlərini hədəf almağa başlayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) da öz növbəsində bildirib ki, Birləşmiş Ştatlar Ordusu Hörmüz boğazı üzərində "Apache" helikopterinin vurulmasından sonra İrana zərbələr endirməyə başlayıb.

"CENTCOM qüvvələri Şərq vaxtı ilə saat 17:00-dan (Bakı vaxtı ilə saat 01:00-dan) Ali Baş Komandanın əmri ilə özünümüdafiə məqsədilə İrana zərbələr endirməyə başlayıblar. Bu, dünən ABŞ-nin quru qoşunlarına məxsus "Apache" helikopterinin vurulmasına cavabdır", - komandanlıq "X" sosial şəbəkə hesabında bildirib.

CENTCOM bildirib ki, bu hərəkətlər Tehranın hərəkətlərinə mütənasib cavab+dır.

Daha əvvəl NYT nəşri mənbələrə istinadən bildirib ki, ABŞ-nin "AH-64 Apache" zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.(Report)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью