ABŞ İrana zərbələri artırarsa, SEPAH boğazı bağlayacaq

26.07.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Silahlı Qüvvələri İrana zərbələri artıracağı təqdirdə, SEPAH Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından gəmilərin keçidini bağlaya bilər.

Milli.Az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" mənbələrə istinadla məlumat yayıb.

"Məlumatlı şəxslərin sözlərinə görə, əgər ABŞ Silahlı Qüvvələri hücumları aktivləşdirərsə və ya İrana quru müdaxiləsi variantını nəzərdən keçirərsə, SEPAH Vaşinqtonu Bab-əl-Məndəb boğazını və Qırmızı dənizi bağlamaqla, eləcə də gəmilərə hücum etməklə hədələyib", - nəşr bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью