ABŞ İranda 40 nəfəri ÖLDÜRÜB

17.07.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son eskalasiya zamanı ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 38-ə çatıb, 400-dən çox insan yaralanıb.

“Cebheinfo.az” xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur deyib. 

Çərşənbə günü İran hakimiyyəti 35 nəfərin öldüyünü və ən azı 300 nəfərin yaralandığını bildirib.

Kermanpur sosial media platforması X-də yazıb: 

"Səhər saat 6:30-a qədər ABŞ-nin hücumları nəticəsində yaralananların sayı 400-ü keçib, 38 həmvətənimiz həlak olub".

Rəsmi məlumata görə, üç qadın həlak olub, 22 nəfər yaralanıb, 18 yaşdan kiçik bir nəfər isə həlak olub, 9 nəfər yaralanıb.

ABŞ-İran münasibətlərində son eskalasiya 8 iyulda başlayıb: Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan bəri ilk dəfə olaraq ABŞ qüvvələri Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İslam Respublikası ərazisinə bir neçə zərbə endirib. 

Elə həmin gün ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin bitdiyini elan edib. Cavab olaraq, Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman da daxil olmaqla, Yaxın Şərqdəki ABŞ hədəflərinə zərbələr endirməyə başladı.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью