ABŞ İranda 80 dən çox hədəfə zərbə endirdi

08.07.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə İrana qarşı yeni silsilə hava zərbələri endirib.

Lent.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Əməliyyat İranın iyulun 7-də Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib.

Məlumata görə, ABŞ qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İran ərazisində 80-dən çox hədəfi vurub.

Zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə, komanda-idarəetmə şəbəkələrinə, sahil radar stansiyalarına, gəmi əleyhinə raket komplekslərinə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 600-dən çox sürətli katerinə endirilib.

CENTCOM bildirib ki, əməliyyatın məqsədi İranın beynəlxalq dəniz ticarətinə qarşı hücumlar həyata keçirmək imkanlarını zəiflətməkdir.


***
01:41
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı silsilə güclü zərbələr endirməyə başladığını bəyan edib.

Lent.az xəbər verir ki, qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat İranın Hörmüz boğazından keçən üç kommersiya gəmisinə hücumuna cavab olaraq həyata keçirilir.

"Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının qüvvələri beynəlxalq su yolunda mülki şəxslərin idarə etdiyi ticarət gəmilərinin hədəfə alınmasına görə İrana ciddi bədəl ödətdirmək məqsədilə bir sıra güclü zərbələr endirməyə başlayıb", - açıqlamada bildirilib.

CENTCOM qeyd edib ki, İranın hərəkətləri səbəbsiz, təhlükəli olub və atəşkəs rejiminin açıq şəkildə pozulması hesab edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью