ABŞ İranda bu strateji yerləri BOMBALADI

10.06.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ ordusu İranın cənubunda yerləşən iki mühüm su anbarına hava zərbələri endirib.
Bizim.Media xəbər verir ki, bu barədə iyunun 10-da İranın dövlət teleradioşirkəti IRIB öz "Telegram" kanalı vasitəsilə məlumat yayıb.
"ABŞ-nin Sirik bölgəsinə təşkil etdiyi hücum zamanı iki su anbarı hədəf alınıb və nəticədə həmin ərazidə su təchizatı tamamilə kəsilib", - rəsmi məlumatda qeyd olunub.
Hücum nəticəsində su anbarlarının tamamilə dağıdıldığı bildirilir.
Xatırladaq ki, iyunun 9-da ABŞ-nin İrana qarşı zərbələrə başladığı barədə məlumat yayılıb. Bu addım Hörmüz boğazı yaxınlığında Amerikanın "AH-64 Apache" tipli hərbi helikopterinin qəzaya uğramasına səbəb olan İran dronlarının hücumuna cavab olaraq atılıb.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью