Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, CNN telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, sözügedən obyekt Kolanq-Qaz-La dağının altında gizlədildiyi ehtimal olunur.
Məlumata əsasən, planlaşdırılan əməliyyatın miqyası və hədəflərin tam siyahısı hələ dəqiqləşməyib. Bununla belə, ABŞ Silahlı Qüvvələri həm İranın enerji infrastrukturuna, həm də nüvə obyektlərinə zərbələr endirməyə hazır vəziyyətdədir.
Telekanal bildirir ki, ABŞ administrasiyası İranın enerji infrastrukturunun hədəfə alınacağı təqdirdə Tehranın Fars körfəzi ölkələrinə cavab zərbələri endirə və bunun qlobal enerji bazarında daha ciddi sarsıntılara səbəb ola biləcəyindən narahatdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə daha əvvəl Donald Trampın İranın yeni nüvə obyekti ilə bağlı iddialarını əsassız adlandırıb. O bildirib ki, Vaşinqtonun Kolanq-Qaz-La dağına yönəlmiş israrlı diqqəti, həmin ərazidə heç bir nüvə fəaliyyətinin aparılmadığı halda, yalnız təcavüz, dağıntılar və təxribatlar üçün uydurulmuş bəhanədir.
Bizimyol.info