ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

15.07.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ ordusu İranın Sistan və Bəlucistan əyalətində Zahidanın 88-ci Zirehli Diviziyasının Bəmpur 388-ci Briqada Kazarmasına zərbələr endirib.

Axar.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.

İlkin məlumatlara görə, 2 hərbçi həlak olub, yaralanan 50 hərbçi İranşəhrin Xatəm əl-Ənbiya xəstəxanasına köçürülüb. Onlardan 7-nin vəziyyətinin ağır olduğu bildirilib.

İran tərəfinin bildirdiyinə görə, hədəf alınan yer ordunun yataqxanasıdır.

Yerli mənbələr ölən və yaralananların göstərilən rəqəmdən daha çox olduğunu deyib, axtarış və xilasetmə işlərinin davam etdiyini qeyd ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью