ABŞ İranda kəşfiyyat qurumlarının binalarını bombaladı

30.07.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə Xuzestan əyaləti qubernatorunun təhlükəsizlik və hüquq-mühafizə orqanları xidmətinin rəis müavini Vəliullah Həyati iyulun 30-da məlumat verib.

Onun sözlərinə görə, Xuzestan əyalətinin bəzi rayonları, o cümlədən Əhvaz, Abadan, Şadeqan və Ərvəndkənar şəhərləri raket atəşinə məruz qalıb.

V.Həyati hadisənin miqyasının araşdırıldığını bildirib. Qeyd edib ki, əlavə informasiya rəsmi orqanlar tərəfindən təqdim ediləcək.

Məlumata görə, Əhvaza endirilmiş raket zərbəsi nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

İnformasiyalara əsasən, Əhvazın Gülüstan Xiyabanı rayonundakı İran İslam İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Kəşfiyyat İdarəsinin binası da ABŞ-nin hücumuna məruz qalıb. Hadisə nəticəsində bina dağılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью