ABŞ İrandakı 100 obyekti vurdu Trampın yeni taktikası

02.09.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin İrana qarşı həyata keçirdiyi və iki dövlət tankerinin, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 100-ə yaxın obyektinin vurulduğu əməliyyat prezident Donald Trampın yeni taktikasının ilk tətbiqi olub.

Modern.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ hərbçiləri İrana qarşı son hücum zamanı təxminən 100 obyekti vurub. Həmçinin ölkənin sahillərində, ABŞ-nin elan etdiyi hərbi-dəniz blokadası xəttinin şimalında lövbər salmış iki İran dövlət tankerinin mühərrik bölmələrinə zərər dəyib.

Portal yazır ki, bu, ABŞ hərbçilərinin İranın Hörmüz boğazında gəmilərə hücumlarına cavab olaraq İran tankerlərinə ilk dəfə zərbə endirməsidir. Daha əvvəl belə hücumların məqsədi tankerlərin ABŞ-ın dəniz blokadasını pozmasının qarşısını almaq olub.

ABŞ rəsmisi bu zərbələri Trampın SEPAH-ı çəkindirmək məqsədilə tətbiq etdiyi yeni “tankerə qarşı tanker” siyasətinin bir hissəsi adlandırıb.

“Axios”un mənbələrə istinadən yazdığına görə, əməliyyat ABŞ-a Hörmüz boğazında kommersiya gəmilərinin təhlükəsiz hərəkəti üçün ən azı bir ay vaxt qazandırıb.

Vaşinqton daha əvvəl açıqlamışdı ki, zərbələr SEPAH-ın Hörmüz boğazında kommersiya gəmilərinə, həmçinin regiondakı ABŞ hərbi bazalarına hücum etmək cəhdinə cavab olaraq həyata keçirilib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) çərşənbə axşamı İrana zərbələr endirildiyini açıqlayıb. Tehran isə buna cavab olaraq ABŞ-ın İordaniyadakı bazasına zərbə endirib. Bu barədə SEPAH məlumat yayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью