ABŞ İrandakı əməliyyata saniyədə 4,4 min dollar xərcləyir

04.03.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

ABŞ-nin fevralın 28-dən bu yana İrandakı “Epik qəzəb” əməliyyatına 2 milyard dollardan çox vəsait xərcləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı regiondakı vəziyyəti onlayn şəkildə izləyən “Cost of the Iran War” portalı yayıb. 

Ekspertlər hesab edir ki, ABŞ İranda hərbi fəaliyyətlərin həyata keçirilməsi üçün saniyədə 4,4 min dollar sərf edir. Gündəlik xərclərin 220 milyon dollara çatdığı da qeyd olunub. 

Qeyd edək ki, sözügedən portal hesablama zamanı əməliyyatda istifadə olunan bomba və raketlərin sayını nəzərə alır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью