ABŞ İrandan Hörmüzlə bağlı xəbərin elanını GÖZLƏYİR

12.07.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerika rəsmiləri İranın yaxın günlərdə Hörmüz boğazının açılması ilə bağlı ictimaiyyətə açıqlama verməsini gözləyirlər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Washington Post" qəzeti rəsmilərə istinadən yazır. 

"Onlar İranın yaxın günlərdə boğazın tam açılmasını elan edən və İran qüvvələrinin həmin suda gəmilərə atəş açmağı dayandıracağına dair vəd verən açıq bəyanat verməsini gözləyirlər", - deyə nəşr yazır.

Bir rəsmi qəzetə bildirib ki, ABŞ hazırda daha geniş sülh razılaşmasına nail olmaq məqsədilə İranla danışıqlar aparır. Qətər vasitəçi kimi çıxış edir. Bir ABŞ rəsmisinin sözlərinə görə, ABŞ İranın belə bir razılaşmaya nail olmağa hazır olduğuna dair əlamətlər görür.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью