Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
"Amerika rəsmiləri İranın nüvə bombası yaratmağın daha sürətli yolunu tapmağa çalışdığına əmindirlər".
Teleqraf.com xəbər verir ki, bu barədə "The New York Times" qəzeti ABŞ-ın indiki və keçmiş rəsmilərinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, iranlı silah konstruktorları və alimləri artan nüvə yanacağı ehtiyatlarını bombaya çevirməyə hansı mexanizmin imkan verəcəyi barədə düşünürlər.