ABŞ İranı Trampa suiqəsd hazırlamaqda ittiham edib

08.11.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Ədliyyə Nazirliyi İranın ölkənin yeni seçilmiş Prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlaması ilə bağlı ittiham irəli sürüb.

Bu barədə qurumun açıqlamasında deyilir.

“Ədliyyə Nazirliyi İranın Donald Trampa qarşı sui-qəsd planlarını davam etdirmək üçün cinayət şəbəkəsini idarə etmək vəzifəsi daşıyan Tehran rejiminin agentini ittiham edib”, - məlumatda deyilir.

ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey isə öz növbəsində iddia edib ki, İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-də qətllər təşkil etmək üçün guya cinayətkarlar və muzdlu qatillərlə əlbir olub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью