ABŞ İranı VURACAQ İsraildən SON DƏQİQƏ açıqlamaları

31.01.2026

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

ABŞ-ın İrana hücumu qaçılmazdır.

İsrailin "Channel 13" telekanalı xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bildirib.

İsrail ordusunda (İDF) hesab edirlər ki, ABŞ-nin Yaxın Şərqə əlavə bombardmançı təyyarələr və hərbi gəmilər göndərməsi üçün zamana ehtiyacı var və İranla aparılan danışıqlar nəticə verməyəcək.

İsrail ordusunun qiymətləndirməsinə görə, ABŞ İrana mümkün hərbi zərbədən əvvəl saatlar və ya günlər öncə xəbərdarlıq edəcək.

Eyni zamanda vurğulanır ki, Vaşinqton regiona əlavə hərbi qüvvələr cəlb etməyə hazırlaşır. Bu fonda İsrailin yüksək rütbəli rəsmiləri ABŞ-də hücum öncəsi koordinasiya məqsədilə danışıqlar aparırlar.

İsrail Hərbi Kəşfiyyat İdarəsinin rəisi, general Şlomi Binder isə amerikalı tərəfdaşlara İsrailin İranda müəyyən etdiyi hədəflər siyahısını təqdim edib. Bu arada ABŞ "Tomahawk" tipli qanadlı raketlərlə silahlanmış esminesi Eylat limanında yerləşdirib. İsrail ordusunun qənaətinə görə, Tehranla aparılan danışıqlar heç bir nəticə verməyəcək.

Bir müddət əvvəl, İsrailin baş naziri Benyamin Netanyahu İran məsələsi də daxil olmaqla təhlükəsizlik üzrə müşavirə keçirib. İran tərəfi isə ritorikanı sərtləşdirib. Yüksək vəzifəli iranlı rəsmilərdən biri bildirib ki, “hətta məhdud ABŞ hücumu olsa belə, İsrailə qarşı da cavab verəcəyik”. Bununla yanaşı, Tehran hücumun qarşısını almaq üçün danışıqlar üçün zəmin saxlamağa çalışır.

“New York Times” nəşri yazır ki, prezident Trampa İrana qarşı müxtəlif hücum ssenariləri təqdim olunub. Bu variantlara ABŞ xüsusi təyinatlı qüvvələrinin İran ərazisinə məhdud əməliyyatları da daxildir. Məlumata görə, bu əməliyyatlar əvvəlki 12 günlük müharibədə zərər görməyən nüvə obyektləri kimi əsas strateji hədəflərə yönələcək. Qəzet qeyd edir ki, Tramp İrana qarşı Venesuela ilə bağlı tətbiq etdiyi yanaşmaya bənzər strategiyanı nəzərdən keçirir və yüksək vəzifəli siyasi fiqurlara qarşı tədbirləri də müzakirə edir.

ABŞ administrasiyasındakı mənbələrin “New York Times”a bildirdiyinə görə, İsrail daha bir variantda, İranın ballistik raket proqramına qarşı birgə əməliyyatın başlanmasında israrlıdır.

“Wall Street Journal” isə yazır ki, prezident Trampa iki əsas hücum variantı təqdim edilib. Birinci variant “iri miqyaslı”dır və İnqilab Keşikçiləri Korpusunun qərargahına, eləcə də İran hakimiyyəti ilə əlaqəli binalara geniş bombardmanı nəzərdə tutur. İkinci variant isə “məhdud” xarakter daşıyır və əvvəlki əməliyyatlarda vurulmayan obyektlərə, o cümlədən rejim üçün simvolik əhəmiyyət daşıyan hədəflərə dəqiq zərbələri və ya kiberhücumları əhatə edir. Məhdud variantın məqsədi İrana danışıqlar üçün “çıxış yolu” saxlamaqdır. Lakin qeyd olunur ki, Tramp hələlik hansı ssenarini seçəcəyinə qərar verməyib./Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью