ABŞ İranın 13 şəhərini vurdu: Ölən və yaralananlar var

13.07.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Silahlı Qüvvələrinin İslam Respublikasının qərbində yerləşən Xuzistan əyalətinə endirdiyi zərbələr nəticəsində ən azı bir nəfər həlak olub, daha dörd nəfər isə xəsarət alıb.

Moderator.az xəbər verir ki, bu barədə IRNA agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Qeyd olunub ki, mərminin nasos stansiyasına düşməsi nəticəsində obyektin mühafizəçisi ölüb. Yaralıların vəziyyəti xilasetmə xidmətlərinin nəzarəti altındadır.

Bundan başqa ABŞ ordusu İranın azı 13 şəhərinə zərbələr endirib. Məlumata əsasən, Abadan, Əhvaz, Bəndər-Abbas, Bəndər-Mahşəhr, Bəhbəhan, Buşehr, Cask, Dizful, Keşm, Sirik, Xondab, Xürrəmşəhr və Əndiməşk şəhərləri hava zərbələrinə məruz qalıb.

Bu hava hücumları nəticəsində ölən və xəsarət alanlarla hələlik məlumat daxil olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью