ABŞ İranın 14 maddəlik planına cavab verib

03.05.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"ABŞ İranın münaqişənin nizamlanmasına dair təqdim etdiyi 14 maddəlik plana Pakistan vasitəsilə cavab göndərib və Tehran hazırda bu cavabı araşdırır".

Modern.az İran dövlət telekanalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.

Əraqçı, həmçinin vurğulayıb ki, İranın təqdim etdiyi plan yalnız hərbi əməliyyatların dayandırılmasına yönəlib və nüvə məsələlərini əhatə etmir.

"Bizim 14 maddəlik planımız yalnız müharibənin başa çatmasına yönəlib və nüvə sahəsi ilə bağlı məsələləri əhatə etmir", - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью