ABŞ İranın Ali Rəhbərindən yaşıl işıq gözləyir Axios

22.04.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Birləşmiş Ştatlar rəsmi Vaşinqtonun nizamlanma şərtlərinə dair son təklifi ilə bağlı İranın Ali Rəhbəri Müctəba Xameneidən bu gün cavab alacağını gözləyir.

Ölkə.Az xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid İsrail mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Donald Trampın atəşkəsi uzatmaq qərarının əsas səbəblərindən biri danışıqlarda irəliləyiş ümididir:

"Regional və danışıqların detalları ilə tanış olan İsrail mənbəsinin verdiyi məlumata görə, ABŞ və Pakistan vasitəçiləri İranın Ali Rəhbəri Müctəba Xameneinin son təklifə münasibətini gözləyirlər. O öz nümayəndə heyətinə aydın təlimatlar verməlidir ki, bu da Donald Trampın atəşkəs rejimini uzatması qərarına təsir edən amillərdən biridir", - deyə jurnalist qeyd edir.

İsrail mənbəsinin məlumatına görə, Xameneinin cavabının bu gün (çərşənbə günü) veriləcəyi gözlənilir. Regional mənbə isə əlavə edib ki, "İranlı danışıqçılar Ali Rəhbərdən "yaşıl işıq" gözlədiklərini bildiriblər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью